Çimərlik futbolu üzrə Azərbaycan millisi ilə Bakıda təlim-məşq toplanışında olan Litva yığması arasındasonuncu yoldaşlıq oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada keçirilən matç 2:2 hesabı ilə heç-heçə yekunlaşıb.
Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan komandası 5:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki iki yoldaşlıq matçında da rəqibinə qalib gəlib.
Bizim.Media