"Zirə" klubu futbolçu Brayan Alseusla yollarını ayırıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Zirə" Brayan Alseusa kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Alseus bu ilin yanvarında "Zirə" ilə 2.5 illik müqavilə imzalamışdı.
Bizim.Media
