Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün qalibi “Qarabağ” klubu olub.
Bizim.Media xəbər verir ki, ötən gün bu münasibətlə çempionluq ziyafəti verilib.
Qeyd edək ki, çempionluq 25-ci turda reallaşıb. “Qarabağ” öz meydanında “Sabah”la heç-heçə edərək (1:1) vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Bu, Ağdam təmsilçisinin sayca 9-cu çempionluğudur.
Bizim.Media