Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, komanda "Sumqayıt"ın sabiq çalışdırıcısı Ayxan Abbasova tapşırılacaq.
40 yaşlı mütəxəssis saytımıza açıqlamasında klubla razılığa gəldiyini təsdiqləyib. O, köməkçilərindən birinin Elnur Çodarov olacağını da deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Yunis Hüseynov Qol.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi vəzifəsinə gətiriləcəyini, klubla razılıq əldə olunduğunu bildirmişdi.
Bizim.Media