Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Səmayə Məmmədovanın Təhsil Nazirliyində işə başlaması ilə bağlı məlumat yayılıb. Amma onun hansı vəzifəyə təyinat aldığı barədə detallara toxunulmayıb.
Məsələ ilə bağlı Səmayə Məmmədova ilə əlaqə yaratdıq. Sabiq mətbuat katibi Bizim.Media-ya tədbirdə olduğu üçün açıqlama vermək imkanında olmadığını deyib.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə saytımıza bildirib ki, Səmayə Məmmədova Azərbaycan Basketbol Federasiyasının, eləcə də bir sıra layihələrin PR fəaliyyəti ilə məşğul olacaq.
Alçina Amilqızı, Bizim.Media