Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin Park Bulvarda yerləşən Fan-Şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi "Azersun Arena"da satılacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Bizim.Media
