Keçmiş SSRİ millisinin və Moskva "Spartak"ının sabiq futbolçusu Viktor Samoxin vəfat edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, 68 yaşında ağır böyrək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Viktor Samoxin 1974-1981-ci illərdə çıxış etdiyi "Spartak"ın heyətində 224 oyun keçirib və 3 qol vurub.
O, 1979-cu ildə paytaxt klubu ilə SSRİ çempionu olub.
Bizim.Media