Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan II Super Liqasının final oyununa təyinat alıb.
Bizim.Media xəbər verir ki, 35 yaşlı baş hakim "Levadiakos" və "Veriya" komandaları arasındakı cavab matçını idarə edəcək.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər.
Qeyd edək ki, qarşılaşma mayın 15-də keçiriləcək.
Bizim.Media