"Mən də Premyer Liqada komanda sayının çox olmasını istərdim".
Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.
"Bundan sonra çalışmalıyıq ki, komandaların sayı artsın. Artıq AFFA ilə bu sualları müzakirə etməyə başlamışıq. Ümid edirəm ki, bundan sonra ancaq artım olacaq. Növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq".
Bizim.Media