İtaliya kubokunun finalında bu gün keçiriləcək "Yuventus" - "İnter" matçı üçün nəzərdə tutulmuş bütün biletlər satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş üçün 68 min biletin hamısı satılıb. Arena 70 634 tamaşaçı tutumuna malik olsa da, matça 68 000 nəfər buraxılacaq.
Bilet satışından əldə olunan gəlir 5 milyon avrodan çoxdur və bu, turnirin yeni rekordudur.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalın qalibi 4,5 milyon, uduzan komanda isə 2 milyon avro pul mükafatı qazanacaq.
Bizim.Media