Azərbaycan Premyer Liqasında 26-cı turdan təxirə salınmış "Qarabağ" - "Sumqayıt" oyununa hakim təyinatları açıqlanıb.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, matçı Rauf Allahverdiyev idarə edəcək.
Ona Müslüm Əliyev və Cəmil Quliyev köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, mayın 12-i keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizim.Media