"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubda qalmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Portuqaliyalı oyunçu komanda yoldaşlarına bildirib ki, əgər yeni baş məşqçi Erik ten Haq onunla işləməkdə maraqlı olarsa, oranı tərk etməyəcək.
37 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Ronaldo pis mövsümdən sonra klubdan dərhal ayrılmaq istəmir. O, gələn mövsüm komandanı Çempionlar Liqasına qaytarmaq və klubla kubok qazanmaq niyyətindədir. Kriştiano yalnız Ten Haqın planlarına daxil olmayacağı halda gedəcək.
Bizim.Media