Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk olaraq "Qarabağ" "Qəbələ"ni qəbul edib və 5:1 hesablı qələbə ilə finala yüksəlib.
Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi.
Günün son qarşılaşmasında "Zirə" "Neftçi"nin qonağı olacaq. Komandalar arasında ilk görüşdə isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, kubokun final matçı mayın 27-də keçiriləcək.
Bizim.Media