Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.
Bundan əlavə, Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunub. Çempionatda əvəzetmə sayı dəyişdirilməyib (3 əvəzetmə sayı saxlanılsın).
2022/2023 mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdiriləcək.
2023/2024 mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə biləcək. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
Bizim.Media