"Barselona"nın futbolçuları manqal üçün toplaşıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçular mayın 28-də planlaşdırılan məşqdən sonra ümumi istirahət üçün bir araya gəliblər.
Bununla da Kataloniya təmsilçisi bu mövsüm başa çatmamış komandanın əhval-ruhiyyəsini yüksəltmək istəyib. Futbolçular klubun bazasında xüsusi ayrılmış əraziyə toplaşıblar, orada işçilər manqal quraşdırıblar.
Xatırladaq ki, son 4 oyunda "Barselona" 3 dəfə məğlub olub. 33 turdan sonra kataloniyalılar 63 xalla La Liqada 2-cidir. Komanda lider "Real"dan 15 xal geridə qalır.
Bizim.Media