Aprelin 23-də kişi voleybolçular arasında “Zəfər kuboku” uğrunda turnirin final oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan turnirin “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən final matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn “Neftçi” komandası “Zəfər kuboku”nun qalibi adını qazanıb.
Bizim.Media