Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın forması auksionda satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, futbolçunun 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda (2:1) geydiyi forma rekord qiymətə satılıb.
Maradonanın əli ilə qol vurduğu matçdakı forması üçün 4 milyon funt-sterlinq ödənilib. Bu, futbol forması üçün ödənilmiş ən yüksək məbləğ hesab olunur.
Qeyd edək ki, Maradona 2020-ci ildə vəfat edib.
Bizim.Media