Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, klubun rəsmi saytına istinadən xəbər verir ki, “Dinamo” Ante Çaçiçə tapşırılıb.
69 yaşlı Ante Çaçiç mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, 2021-ci ilin dekabrından komandanın baş məşqçisi olan Jelko Kopiç bu gün vəzifəsindən istefa verib.
Bizim.Media