Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.
Bizim.Media