Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk matçda "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Qollar: Asif Məmmədov, 5 (1:0), İsmayıl İbrahimli, 16 (1:1), Vadji İbrahima, 87 (1:2), Kadi Borqes, 90+3 (1:3)
"Zirə" isə "Neftçi"ni qəbul edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.
Bizim.Media