"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun ailəsində faciə baş verib.
Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, futbolçunun yeni doğulan əkiz övladlarında biri vəfat edib.
Qeyd edək ki, əkizlərdən biri qız, digəri oğlan olub. Həkimlərin bütün səyinə baxmayaraq, oğlanı həyatda saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, bu barədə futbolçu "Instagram" hesabında bildirb.
Qeyd edək ki, Corcina qızı Alana Martinanı noyabrın 12-də dünyaya gətirib. Alanadan başqa Ronaldonun surroqat ana vasitəsilə dünyaya gəlmiş 7 yaşlı oğlu və 3 aylıq Yeva və Mateo adlı əkizləri var.
Rəşad Əliyev, Bizim.Media

