Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Vanspor" azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyir.
I Liqa klubu 30 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Vüsal İsgəndərli 2025-ci ilin yayından "Partizani"də çıxış edir.
Azərbaycan milli komandasının üzvü son mövsümdə Albaniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media