"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Bizim.Media xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
"Qarabağ"ın potensial rəqibləri:
"Jilina" (Slovakiya)
"Novi Sad" (Serbiya)
"Universitate Kluj" (Rumıniya)
"Alyuminiy" (Bosniya və Herseqovina)
"Derri Siti" (İrlandiya)
"Vestri" (İslandiya).
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
Bizim.Media