Dünya çempionatında İspaniya və Kabo-Verde yığmaları arasında keçirilən H qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, qolkiper görüş ərzində bir neçə dəfə komandasını real qol vəziyyətindən xilas edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bizim.Media