"Şəfa" növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Paytaxt təmsilçisi Arsen Ağcabəyovu heyətinə qatıb.
25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.
Xatırladaq ki, Ağcəbəyov son olaraq "Şamaxı"da oynamışdı.
Qeyd edək ki, "Şəfa" bundan əvvəl Nicat Mehbalıyev, Rauf Hüseynli ilə anlaşmışdı.
Bizim.Media