“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə müqavilə imzalayıb.
22 yaşlı futbolçu ilə 3+1 illik sözləşmə bağlanıb.
Mərkəz müdafiəçisi Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib. Gənc futbolçu həmçinin CAR-ın U-23 millisinin də üzvüdür.
Bizim.Media