“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, komanda Uğur Cahangirovu heyətinə qatıb.
25 yaşlı futbolçu növbəti iki mövsümü komandada keçirəcək. Uğur Cahangirovun son klubu “Karvan-Yevlax” olub. Ondan əvvəl isə Cahangirov “Sumqayıt”ın formasını geyinib.
Yarımmüdafiəçi 2023-cü ildə “Şamaxı”nın şərəfini qoruyub.
Bizim.Media