AFFA milli komandanın və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli ilə bağlı vloq hazırlayıb.
Bizim.Media xəbər verir ki, milli komandanın toplanışında yer alan forvardın düşərgədəki bir günü haqqında çəkilmiş videoçarx AFFA-nın rəsmi “YouTube” kanalında paylaşılıb.
Qeyd edək ki, “Bakı” futbol klubunun yetirməsi olan 28 yaşlı hücumçu zəngin karyerası ərzində ölkəmizdə “Qarabağ”, eləcə də legioner həyatı yaşayaraq “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) kimi klubların da şərəfini qoruyub.
Təcrübəli hücumçu Azərbaycan milli komandasının heyətində rəsmi və yoldaşlıq oyunları daxil olmaqla ümumilikdə 60 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Bizim.Media