Portuqaliya Prezidenti Antoniu Joze Sequru 11 iyun - 19 iyul tarixlərində ABŞ-da keçiriləcək dünya çempionatı (DÇ-2026) ərəfəsində milli komandanın futbolçuları və məşqçilər heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo prezident Sequruya üzərində onun soyadı yazılmış milli komandanın formasını hədiyyə edib.
Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının qrup mərhələsində Kolumbiya, Özbəkistan və Demokratik Konqo Respublikasının yığma komandaları ilə qarşılaşacaq.
Bizim.Media