“Zirə” klubu əsas qapıçısı Tiyaqo Silvanın gedişindən sonra qolkiper axtarışlarına başlayıb.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisinin əsas hədəfi Yusif İmanovdur.
Son mövsümü “Kəpəz”də keçirəm təcrübəli futbolçunun keçidi ilə bağlı artıq danışıqlara başlanılıb.
Qeyd edək ki, Yusif İmanovun “Kəpəz”lə müqaviləsi bu ayın sonunda başa çatır.
2025-ci ildə “Sabah”dan “Kəpəz”ə keçən təcrübəli oyunçu Gəncə klubunun heyətində 5 oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media