AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi II Liqanın XXVII turunda keçirilən "Kür-Araz" – "Araz Saatlı" oyununda yaşanan insidentlərlə bağlı qərarları açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul olunub.

Qarşılaşmada təşkilati-texniki öhdəliklərin pozulmasına görə "Kür-Araz" klubu 100 manat cərimələnib.

Bundan əlavə, oyuna təyin olunan Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matçın vaxtında başlamamasına görə klub daha 200 manat ödəyəcək.
 

Görüşün 90+2-ci dəqiqəsində "Kür-Araz" azarkeşlərinin meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməsi ciddi sanksiya ilə nəticələnib. Qərara əsasən, klub növbəti mövsümdə ilk 5 ev oyununu azarkeşsiz keçirəcək. Təhlükəsizliyin tam təmin olunmamasına görə isə "Kür-Araz" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


Qarşılaşmanın 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandasının meydanı özbaşına tərk etməsi də cəzasız qalmayıb. Saatlı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub əlavə olaraq 2000 manat cərimə olunub.

Matçda baş verən intizamsız davranışlara görə bir sıra futbolçular uzunmüddətli cəzalar alıblar.

"Kür-Araz"ın futbolçusu Eltun Həsənli birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qarşı qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə edilib.

Komandanın digər oyunçuları – Nihat Paşayev, Nicat Quliyev, İbrahim Əliyev və Museyib Vəlizadə rəqib futbolçulara qarşı aqressiv davranış və zərbə endirdiklərinə görə 5 oyunluq diskvalifikasiya olunublar. "Kür-Araz" bu futbolçuların hər birinə görə əlavə 300 manat cərimə ödəyəcək.

"Araz Saatlı"nın futbolçuları Ramiz Qasımov və Rüstəm Rüstəmov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıblar. Onlar bütün turnirlər daxil olmaqla 8 oyunluq cəzaya məruz qalıblar. Klub hər iki futbolçuya görə 450 manat cərimələnib.
 

Bundan başqa, "Araz Saatlı"nın təhlükəsizlik üzrə meneceri, cəzalı durumda olan Xəyal Məmmədov meydana daxil olaraq rəqib futbolçulara fiziki güc tətbiq edib. O, bu səbəbindən 8 oyunluq cəzalanıb, klub isə bu hadisəyə görə 800 manat ziyana düşüb.


İntizam Komitəsi "Araz Saatlı" komandasının matç ərzində 5 futbolçusunun sarı vərəqə almasını da nəzərə alaraq klubu 70 manat cərimələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

End of content

No more pages to load

RADİO