"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın vəzifəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu haqda "TRT Spor" məlumat yayıb.
53 yaşlı mütəxəssis klub prezidenti Serdar Adalı ilə görüşüb. Bildirilib ki, həmin görüşdən sonra Sergen Yalçın klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Sergen Yalçın 2025-ci ilin avqust ayından bu vəzifəni yerinə yetirirdi. İstanbul təmsilçisi cari mövsüm S.Yalçının rəhbərliyi altında Superliqanı 60 xalla 4-cü pillədə başa vurub.
Mütəxəssis həmçinin 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.
Bizim.Media