"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi, Böyük Liqa Futbolunun (MLS) müntəzəm mövsümünün "Portlend"ə qarşı ev matçında rəqibin qapısına yol taparaq turnirdəki qol seriyasını dörd oyuna çatdırıb.
Bizim.Media xəbər verir ki, matç 2-0 hesabı ilə başa çatıb.
Qolları Messi (31-ci dəqiqə) və German Berterame (42-ci dəqiqə) vurublar. Səkkizqat "Qızıl top" mükafatçısı olan futbolçu həmçinin bir məhsuldar ötürmə edib.
Messi mövsümün bütün zamanların bombardirləri siyahısında 12 qolla ikinci yerdədir. O, həmçinin 13 matçda beş məhsuldar ötürmə edib.
"İnter Mayami" MLS Şərq Konfransının turnir cədvəlində 14 oyundan sonra 28 xalla 2-ci yerdədir.
Bizim.Media