Mövsümün sonunda "Cenoa" ilə müqaviləsi başa çatan Ruslan Malinovski karyerasını Türkiyədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Trabzonspor" ukraynalı futbolçu ilə anlaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi Super Liqa nəhəngi ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Ruslan Malinovski 2024-cü ilin yanvarından "Cenoa"da çıxış edir. Ukrayna millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heeyətində meydana çıxdığı 34 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media