Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”dən ayrıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
II Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknext hücumçunun durumundan narazıdır və onu planlarına daxil etməyəcək.
Qeyd edək ki, Mahir bu mövsüm II Bundesliqada 11 oyunda 1 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
Bizim.Media