Azərbaycan milli komandasının üzvü Rüfət Abdullazadə yayda Xorvatiyaya yollanacaq.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Varajdin"in düşərgəsində olacaq.
O, Xorvatiya klubunun heyətində yeni mövsümə hazırlaşacaq. Qışda icarə əsasında "Zirə"yə keçmiş Rüfətin bu komandada qalıb-qalmayacağı isə hələ ki dəqiq deyil.
Qeyd edək ki, 25 yaşlı futbolçunun "Varajdin"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Bizim.Media