"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov intizam qaydalarını pozan Elvin Cəfərquliyevlə bağlı yekun qərarını verib.
Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçini bağışlamayıb və onu əsas komandada görmək istəmir.
Cəfərquliyevin "Şamaxı" ilə oyundan sonra gecəni klubda keçirməsi səbr kasasını daşıran son damla olub. İntizama qarşı radikal mövqe nümayiş etdirən Qurbanov eyni hərəkətə yol verən Abbas Hüseynovu da əvəzedici heyətə göndərib.
Elvin Cəfərquliyevin peşmançılığı və sosial şəbəkədəki paylaşımları baş məşqçinin qərarına təsir etməyib. 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçu özünə yeni klub tapmasa, fəaliyyətini əvəzedici komandada davam etdirəcək. (Offsideplus.az)
Bizim.Media