Bakı–Xankəndi" velosiped yarışı cəlbedicilik baxımından çox yaxşıdır.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.
Yarışın Təşkilat Komitəsinin sədri bildirib ki, əsas məqsəd velosiped idman növünü inkişaf etdirməkdir:
"Bu gün “Sea Breeze”dən İsmayıllıya qədər olan mərhələ uğurla başa çatdı. Yarışa maraq da yüksək səviyyədədir. Çalışırıq ki, bu idman növündə daha da irəli gedək".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur.
Yarışa mayın 14-də yekun vurulacaq.
Bizim.Media