Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...

Azərbaycan futbolunun ən tanınan siması Qurban Qurbanov uzun illərdir təkcə meydandakı nəticələri ilə deyil, şəxsi nüfuzu, qazancı və biznes fəaliyyəti ilə diqqət mərkəzindədir.

Bizim.Media xəbər verir ki, "Qarabağ"ın uğurlarının memarı kimi tanınan təcrübəli mütəxəssis son illərdə əsas işindən kənarda ciddi kommersiya şəbəkəsi formalaşdırmağa başlayıb.

Son olaraq ona məxsus "BMV Box" adlı mağazanın açılması Qurbanovun biznes fəaliyyətinin miqyasını yenidən müzakirəyə çıxarıb.

Yeni mağazada BMV markalı avtomobillər üçün aksesuar və ehtiyat hissələrinin satışı həyata keçiriləcək.

Açılış mərasimində "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, Qurbanovun köməkçisi Elçin Rəhmanov və sabiq dünya çempionu Hacı Əliyev kimi tanınmış simaların iştirakı edib.

Bu nəyi göstərir?

Birmənalı olaraq Qurban Qurbanov artıq yalnız futbol adamı deyil, həm də iş dünyasında tanınma istəyindədir.
 

Əslində, onun biznes fəaliyyəti yeni deyil. Bir müddət əvvəl məlum olmuşdu ki, Qurban Qurbanov idman geyimləri sektoruna da daxil olub. Ona məxsus şirkət "Adidas", "Joma" və "Jako" kimi məşhur idman brendlərinin Azərbaycandakı rəsmi distribütorlarından biri kimi fəaliyyət göstərməyə başlayıb.


Şirkət artıq yerli futbol klubları ilə əməkdaşlıq edir. "Zirə", "Turan Tovuz" və "Şəfa" klublarının forma və idman dəstlərini məhz Qurbanovun şirkətindən sifariş etdiyi bildirilir.

Mediada müzakirə doğuran məqamlardan biri isə "Şəfa" klubuna edilən jest olmuşdu. "Jako" formalarının çatdırılması gecikdiyi üçün şirkət müvəqqəti olaraq anbarda olan "Adidas" formalarını kluba təqdim etmişdi.

Məhz bu məqam Qurban Qurbanovun biznes modelində münasibətlərə və reputasiyaya xüsusi önəm verməsi kimi qiymətləndirilmişdi.

Qurban Qurbanovun maddi imkanları ilə bağlı rəqəmlər də illərdir ictimai maraq doğurur. Açıq mənbələrdə yer alan məlumatlara görə, o, "Qarabağ"dakı fəaliyyətinə görə aylıq təxminən 50 min avro maaş alır. Bu, illik hesabla 1 milyon manatdan çox gəlir deməkdir və Azərbaycan reallığında bu məbləğ kifayət qədər yüksək göstərici sayılır.

Maraqlıdır ki, milyonluq müqavilələrin sahibi olan Qurbanov özü dəfələrlə kasıb dövrlərini yada salıb. Baş məşqçi müsahibələrinin birində ilk qazancından danışarkən belə demişdi:

"17 yaşım vardı, səhv etmirəmsə, bəlkə də 16. 70 manat maaş almışdım. Zaqatala bazarında evə 40 manatlıq bazarlıq etmişdim".

Bu sitat onun ictimai obrazında xüsusi yer tutur. Böyük gəlirlərinə baxmayaraq, mediada onun dəbdəbəli həyat nümayiş etdirməməsi də tez-tez vurğulanır.

Qurbanovun ailə və qohumluq əlaqələri də zaman-zaman gündəmə gəlib. Təcrübəli mütəxəssis "Qoç Ət" restoranlar şəbəkəsinin sahibi olan iş adamı (Sənan) ilə quda olub.

 

Qurban Qurbanov haqqında danışılan ən çox müzakirə olunan məsələlərdən biri isə onun AFFA ilə bağlı qərarıdır. Milli komandadan ayrıldığı dönəmdə ona, müqaviləyə əsasən, 2 milyon manat təzminat ödənilməli idi.


AFFA rəhbərliyi həmin məbləği verməyə hazır olduğu bildirilsə də, Qurban Qurbanov bu vəsaitdən imtina etmişdi. Çoxları bunu onun prinsipial mövqeyi kimi qiymətləndirmişdi.

Bu gün Qurban Qurbanovun fəaliyyəti artıq yalnız məşqçiliklə məhdudlaşmır. Futbol akademiyalarından idman geyimlərinə, avtomobil aksesuarlarından biznes əlaqələrinə qədər uzanan geniş bir fəaliyyət dairəsi formalaşır. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

End of content

No more pages to load

RADİO