Futbol üzrə Azərbaycan I Liqasında XXV turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün "Difai" Buzovna qələbə stadionunda "Şəfa"nı qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Xallarını 54-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 15 xalı olan "Difai" isə sonuncu yerdədir.
"Difai" - "Şəfa" 0:0
Bizim.Media