Tbilisidə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, futzalçılarımız saat 14:00-da Gürcüstan yığması ilə qarşılaşacaq.
Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.
Gürcüstan – Azərbaycan
Yoldaşlıq oyunu
11 aprel.
Tbilisi Arena.
Saat 14:00
Rəşad Rafiqoğlu, Bizim.Media