Misli Premyer Liqasında XIV turdan təxirə salınmış oyun keçirilib.
Bizim.Media xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma Tovuz klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə Alexandro Serrano açıb. Doqquz dəqiqə sonra Filip Ozobiç fərqi iki topa çatdırıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.
Hazırda qonaqlar 40 xalla turnir cədvəlinin 3-cü, ev sahibləri isə 15 xalla 10-cu pilləsində qərarlaşıblar.
Qeyd edək ki, dekabrın 8-də keçirilməli olan “Qəbələ” – “Turan Tovuz” oyunu qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı.
Bizim.Media