Baş Prokurorluq hərəkətə keçdi: Toliklə Səidə də həbs edilir?

Baş Prokurorluq sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əxlaqsız hərəkətlər edən və bədən üzvlərini nümayiş etdirən istifadəçilərlə bağlı tədbirlərə başlayıb.

Bizim.Media xəbər verir ki, bu əməllərə görə artıq 6 nəfər hüquqi məsuliyyətə cəlb olunub.

Onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq edilib.

Bildirilir ki, internet məkanında ictimai əxlaq normalarını pozan şəxslər barəsində qanunvericiliyə uyğun ciddi addımlar atılacaq. Bu kontekstdə aparıcı Tarix Əliyev(Tolik) ilə müğənni Səidə Sultan arasında sosial şəbəkələrdə qarşılıqlı ağır ifadələrlə müşayiət olunan mübahisə də müzakirə mövzusuna çevrilib. Lakin həmin şəxslərlə bağlı hər hansı cəza tədbiri görülməyib.

Onlar haqda da prokurorluq bu cür addımlar atmalıdırmı? Barələrində hansı işlər görülməlidir?

Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Azər Həsrət deyib ki, kimliyindən asılı olmayaraq hər kəslə bağlı tədbir görülməlidir:

“Mən də sosial mediada açıq söyüş və ağır ifadələrin yer aldığı həmin paylaşımları gördüm. Bu, qəbuledilməzdir və buna uyğun məsuliyyət müəyyən olunmalıdır. Düşünürəm ki, yalnız Baş Prokurorluq deyil, bütövlükdə cəmiyyət olaraq hamımız birlikdə ciddi mövqe ortaya qoymalıyıq. Azərbaycan elə bir ölkə deyil ki, insanlar bir-biri ilə söyüş və təhqir dili ilə ünsiyyət qursunlar. Xüsusilə ictimai çəkisi və təsir imkanları olan şəxslər davranışlarında ədəb çərçivəsini qorumalıdırlar”.

Media eksperti bildirib ki, belə hallar cəmiyyətin əxlaqına və tərbiyə mühitinə mənfi təsir göstərir:

“Mütləq bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, daha sərt addımlar atılmalı və bu yanaşma normal qarşılanmalıdır. Heç kim bundan inciməli deyil, qanun hər kəs üçün eynidir. Özünü ifadə etmək, sərt tənqid, kimləsə razılaşmamaq, əleyhinə çıxış etmək təbiidir. Lakin bütün bunlar təhqir və söyüş olmadan, ədəb çərçivəsində olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

135 min nəfərlik nəhəng stadion inşa edilir

135 min nəfərlik nəhəng stadion inşa edilir

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

Bu kənddə qadınlar daha uzun yaşayır

Bu kənddə qadınlar daha uzun yaşayır

Prezidentin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Prezidentin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Belə pomidorları almayın

Belə pomidorları almayın

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

Orta aylıq əmək haqqı 7,2% artdı

Orta aylıq əmək haqqı 7,2% artdı

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

End of content

No more pages to load

RADİO