Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyunda “Turan Tovuz” “Zirə” ilə qarşılaşıb.
Oyunun baş hakimi Rəvan Həmzəzadə olub. Görüş tovuzluların inamlı qələbəsiylə yekunlaşıb.
Daha sonra “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. Görüşün baş hakimi Fərid Hacıyev olacaq.
Bu turun “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb. “Karvan” – “Araz-Naxçıvan” matçı 21 fevralda, “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” oyunları 22 fevralda keçiriləcək.
Misli Premyer Liqası
21-ci tur
20 fevral
“Turan Tovuz” – “Zirə” 2:0
Qollar: Filip Ozobiç, 11. Xorxe Silva, 19.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
“Azersun Arena”, 17:00.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Rəşad Rafiqoğlu, Bizim.Media