Bu gün Misli Premyer Liqasında XX turun son oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Turan Tovuz"la üz-üzə gələcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək.
Turun son qarşılaşmasında "Qəbələ" doğma meydanda "Sabah"ı qəbul edəcək. Bu qarşılaşma 17:00-da başlayacaq.
Bizim.Media