Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün keçirilmiş ilk oyunda “İmişli” “Kəpəz”lə qarşılaşıb.
Qubada keçirilən oyunu Fərid Hacıyev idarə edib. Bu görüşdə qapılara qol vurulmayıb. Bununla da “Kəpəz” mövsümdə ilk dəfə heç-heçə edib.
Qeyd edək ki, bu gün həm də “Turan Tovuz” “Karvan-Yevlax”ı sınağa çəkəcək. “Azersun Arena”da keçiriləcək oyunu Vüqar Həsənli idarə edəcək.
Bizim.Media