Braziliya millisinin sabiq üzvü Duqlas Kusta Azərbaycana transferi baş tutmayıb.
Bizim.Media xəbər verir ki, uzun müddət adı “Neftçi” ilə hallanan braziliyalı İtaliyada çıxış edəcək.
Təcrübəli futbolçu “Kyevo”da oynayacaq. 35 yaşlı vinger 2026-cı il iyunun 30-na qədər Verona klubunun uğurları üçün çalışacaq.
O, D Seriyasının təmsilçisindən əvvəl “Qremio”, “Şaxtyor”(Donetks), “Bavariya”, “Yuventus”, “LA Qalaksi”, “Fluminense” komandalarında oynayıb.
Bizim.Media