"Şamaxı" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunda "Qarabağ" klubunu 2:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, qolları Karim Rossi (27' - 1:0, 42' - 2:0) və Musa Qurbanlı (79' - 2:1) vurub.
Xatırladaq ki, futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunu saat 19:00-da başlayacaq, "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.
Bizim.Media