Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçusu Markus Tyuramın cəzası açıqlanıb.
Bizim.Media bildirir ki, bu bardə Almaniya Futbol İttifaqının rəsmi saytında məlumat verilib.
Məlumata görə, Bundesliqanın XIII turunun "Hoffenhaym"la oyununda (1:2) rəqib komandanın futbolçusu Ştefan Poşun üzünə tüpürdüyü üçün qırmızı vərəqə alan 23 yaşlı hücumçu biri şərti olmaqla, 6 oyunluq diskvalifikasiya olunub.
Cəza çempionat və ölkə kubokunun matçlarına aiddir. Fransalı forvard həmçinin 40 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, Markus Tyuram Fransa millisinin heyətində dünya (1998) və Avropa (2000) çempionu olmuş Lilian Tyuramın oğludur. (Report)
Bizim.Media