Bakının "Neftçi" futbol klubunun Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Serbiyanın "Partizan" klubunda sular bulanmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, aprelin 2-ci yarısından bəri maaş üzünə həsrət qalan futbolçular ardıcıl 3-cü dəfə məşqə çıxmaqdan imtina ediblər.
Klub rəhbərliyi dünən üçün borcların bir hissəsini bağlayacağına söz versə də yenə də yalançı çıxıb.
Buna cavab olaraq oyunçular üsyanı davam etdiriblər.
Belə getsə "Partizan"ın sıralarında avqustun 21-də baş tutacaq görüşdə meydana inzibati heyət çıxacaq.